Portuqaliyalı hücumçu Kriştianu Ronaldo “Əl Nəsr”in stadionunda keçirilən təqdimat mərasimi ilə klubun azarkeşləri və Səudiyyə Ərəbistanı idman ictimaiyyətinə təqdim edilib.

"Unikal" xəbər verir ki, 37 yaşlı oyunçu tədbirə ailəsilə qatılıb. Mərasim öz təntənəliliyi ilə seçilib və komandanın “YouTube” kanalı vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.