Şahzadə Harri 17 yaşında narkotikdən istifadə etdiyini etiraf edib.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” qəzeti yazıb.

Belə ki, Harri “Ehtiyat” adlı xatirə kitabında narkotiki ilk dəfə 2002-ci ilin yayında istifadə etdiyini açıqlayıb. 

“Mən 17 yaşlı yeniyetmə idim, qurulmuş nizamı pozmaq üçün demək olar ki, hər şeyi etməyə hazır idim. Ən azından o vaxt özümü buna inandırmağa çalışdım”, - o, yazıb. 

Şahzadənin sözlərinə görə, o, kokaindən istifadə edib. 

Seymur Əli