ABŞ prezidenti Donald Tramp klublararası dünya çempionatının finalından sonra keçirilən mükafatlandırma mərasimində futbolçulara, o cümlədən Fransanın PSJ klubunun qapıçısı Matvey Safonova gümüş medalı şəxsən təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qaliblərin və gümüş mükafatçıların mükafatlandırılması mərasimində Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantino da iştirak edib.
Xatırladaq ki, İngiltərənin "Çelsi" klubu Klublararası Dünya Çempionatının qalibi olub. Finalda PSJ-ni 3:0 hesabı ilə məğlub ediblər.