"Beynəlxalq ictimaiyyət Ukrayna ərazisində sülhü təmin etmək üçün addımlar atmayıb, əksinə, silah tacirlərinə kömək edir, Türkiyə tərəfi isə həm Moskva, həm də Kiyevlə əlaqə saxlayır".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Beynəlxalq ictimaiyyət nizamlanma istiqamətində hər hansı addım atıbmı? Hər kəs silah alverçilərinə kömək edir. Biz sülhü necə təmin etməyi düşünürük, ona görə də  Putin və Zelenski ilə eyni vaxtda əlaqə saxlayırıq. Biz bu yolda səylərimizi səmimiyyətlə davam etdiririk”.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki,  Ankara Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı elan etdiyi atəşkəsin 36 saatdan çox davam etməli olduğuna inanır.

O qeyd edib ki, Türkiyə tərəfi hərbi əməliyyatların dayandırılması üçün dialoq şəraitinin formalaşdırılması üçün hər cür səy göstərməyə hazırdır.