Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiya ordusuna məxsus 3 helikopteri vurub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat dərc edib. 

Bundan əlavə, gün ərzində ruslara aid daha 3 PUA da məhv edilib: "Rusiya Federasiyasının itkiləri bununla bitmir, çünki son sutka ərzində Müdafiə Qüvvələri işğalçıların qüvvələrinin cəmləşdiyi ərazilərə 20-dən çox zərbə endirib".

Vurulan helikopterlər müvafiq olaraq, "Ka-52", "Mi-24" və "Mi-8"dir. 

Ağarza Elçinoğlu