Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone yanvarın 16-19-u aralığında Qafqaza səfər edəcək.
"Unikal" bu barədə AYİB-ə istinadən xəbər verir.
Bildirilib ki, Bankın nümayəndləri əvvəlcə Ermənistanda, sonra Gürcüstan və sonra isə Azərbaycana gələcəklər. Bankın nümayəndə heyəti yüksək dövlət rəsmiləri, diplomatik tərəfdaşlar və mövcud müştərilərlə görüşəcək. Komanda həmçinin, Azərbaycan Mərkəzi Bankında da olacaq.