Ukrayna ətrafında mövcud vəziyyət Şərqi Asiya regionunda təkrarlana bilər. 

"Unikal" xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida deyib. 

Onun sözlərinə görə, Ukrayna ərazisindəki münaqişə ondan ibarətdir ki, Avropa və Hind-Sakit okean regionunun təhlükəsizliyinin təminatları bölünməzdir. Kişida hesab edir ki, bu gün Ukrayna bəlkə də sabahın Şərqi Asiyasıdır.

Baş nazir əlavə edib ki, bu səbəbdən Hind-Sakit okean regionunda təhlükəsizliyi gücləndirmək üçün avropalı tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirmək lazımdır.

Ağarza Elçinoğlu