Masallı rayonunun Kolatan Bələdiyyə sədri Rauf Cəbiyev qeyri-adi addımı ilə diqqət çəkib. 

"Unikal" xəbər verir ki, Sığdaş kəndində Şəhidlər bulaq kompleksinə suyun çəkilişindən sonra bir qrup şəxs yolun çirkləndirildiyini əsas gətirərək, narazılıqlarını ifadə eediblər. Bələdiyyə sədri söz-söhbətə son qoymaq məqsədilə ilə özü şəxsən yolu süpürüb təmizləmək qərarına gəlib. 

"Hamı işsizlikdən şikayətlənir, lakin iş təklif edəndə heç kim işləmək istəmir. Məhz bu səbəbdən özüm işləməli oluram", - deyə Rauf Cəbiyev bildirib. 

Qeyd edək ki, bundan əvvəl də bələdiyyə sədri apardığı təmizlik işləri ilə gündəmə gəlib.