Nijni Novqorod hava limanının polis idarəsinin rəisi Namiq Musayev rüşvət aldığı üçün saxlanılıb.

"Unikal" xəbər verir ki, azərbaycanlı polis polkovnik-leytenantı Namiq Musayev qanunsuz miqrasiya kanalı təşkil etməkdə şübhəli bilinir. Qeyri-rəsmi məlumatlara görə, sxemə 12 əməkdaş cəlb edilib, rollar bölüşdürülüb, bəziləri pul alıb, bəziləri rəisin qanunsuz əmrlərini yerinə yetirib.

Namiq Musayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə sövq edilib.