Şəmkirdə minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov