Brovarıda helikopter qəzası baş verən zaman göyərtədə Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi olub.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın hüquq-mühafizə orqanları məlumat verib. 

Məlumatı Milli Polisin rəhbəri İqor Klimenko da təsdiqləyib.

"Bu gün səhər, yanvarın 18-də Brovarıda Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi: nazir, nazirin birinci müavini və dövlət katibi həlak olub", - Klimenko açıqlayıb. 

Onun sözlərinə görə, hazırda 2-si uşaq olmaqla 16 nəfər ölüb. Onlardan 9-u helikopterin göyərtəsində olub.

xxx

11:54

Yanvarın 18-də Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat dərc edib. Hadisə nəticəsində azı 5 nəfər həlak olub. 

Məlumata görə, helikopter uşaq bağçasına düşərək yanmağa başlayıb. 

Kiyev vilayəti polisinin nümayəndəsi Pryanişnikova Suspilnıya bildirib ki, insanlar təxliyə edilir: "Helikopter uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb. Artıq 5 nəfərin öldüyü barədə məlumat var. İlkin məlumata görə, ölənlərdən bəziləri uşaqlardır". 

Ağarza Elçinoğlu