Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üçün iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Komitə sədri Ziyafət Əsgərov “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin 2023-cü ilin işlər planına salınacağı barədə məlumat verib.
O ötən sessiyada maliyyə səbəbindən adıçəkilən qanun layihəsinin qəbulunun gecikdiyini xatırladıb: “Qanun layihəsi maliyyə resursu tələb edir. Bu barədə maliyyə naziri Samir Şərifovla da danışmışam.Yəqin ki, ya yaz sessiyasında, ya da payız sessiyasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi qəbul ediləcək”.
Qeyd edək ki, iclasın sonunda gündəliyə daxil edilən məsələlər müzakirədən sonra plenar iclasa tövsiyə olunub.
Anar Kəlbiyev