Azərbaycan İsveçrənin “CreditSuisse” bankı ilə iqtisadi imkanlar və əməkdaşlıq potensialını müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində 18 yanvar tarixində “CreditSuisse” bankının İdarə Heyətinin sədri Aksel Lemanla qlobal təsirlər şəraitində maliyyə dayanıqlılığının təmin olunması, iqtisadi imkanlar və əməkdaşlıq potensialı barədə fikirlərimizi bölüşdük”, - nazir qeyd edib.