“Everton”un baş məşqçisi Frenk Lempard istefaya göndərilib.
"Unikal" xəbər verir ki, klubun idarə heyəti yekdilliklə Lempardın baş məşqçi vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
Lempard 31 yanvar 2022-ci ildən “Everton”a rəhbərlik edib. Mütəxəssislə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.