Azərbaycanda bir sıra avtomobillərin hərəkəti müvafiq dövlət qurumu tərəfindən müşahidə ediləcək.
"Unikal" xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməlidir:
- nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;
- nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;
- nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda;
- nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda;
- mühafizə və müşayiət avtomobili ilə:
- nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda;
- nəqliyyat vasitəsinin uzunluğu 30 metrdən artıq olduqda;
- nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda;
- hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hədlərdən artıq tutduqda
Anar Kəlbiyev