"Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. 2022-ci ildə 20 milyardlıq kredit borcları var. Vaxtı keçmiş kreditlərin həcmi təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, bu, beynəlxalq praktikada qəbul olunacaq bir haldır.
T.Mirkişili qeyd edib ki, yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir paketin gəlməsi gözlənilir. O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə kifayət qədər mexanizm qurmağı bacarıb.
Anar Kəlbiyev