Amerika Birləşmiş Ştatları bu gün səhər saatlarında Tehranda Azərbaycan səfirliyinə edilən hücumu pisləyir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
“Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını dəstəkləyirik. Bu gün həlak olan şəxsin və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. İstənilən ölkədə diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı hər hansı hücum qəbuledilməzdir.
Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq İrandakı xarici diplomatları qorumaq barədə məsuliyyətini xatırladırıq”,-deyə bildirilib.