
Bakıda ana və oğlunun meyiti tapılıb.
Xəzər Rayon Polis İdarəsindən -ya verilən məlumata görə, hadisə Pirallahı qəsəbəsi ev 15, mənzil 60-da qeydə alınıb. Həmin ünvanda yaşayan 1938-ci il təvəllüdlü Lidiya Abuşova və oğlu, 1968-ci il təvəllüdlü Yurinin meyiti tapılıb.
Ölümün səbəbləri hələlik məlum deyil.
İlkin məlumata görə, hər iki şəxs uzun müddətdir vərəm xəstəliyindən əziyyət çəkirmiş.
Meyitlər ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.