"2022-ci il ərzində dövlət xəzinədarlığının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində ölkənin iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq regional xəzinədarlıq idarələrinin yenidən təşkili həyata keçirilib".
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında deyib.
Nazir bildirib ki, bu proses nəticəsində əvvəl mövcud olmuş 16 regional xəzinədarlıq idarəsi əvəzinə yeni 12 regional xəzinədarlıq idarəsi fəaliyyət göstərir.