Yanvarın 30-da İrəvanın elit məhəllələrindən birində atəş açılıb.
"Unikal" xəbər verir ki, saat 15:30-da Ərəbkir polis şöbəsinə Antarain küçəsində yerləşən çoxmərtəbəli binada naməlum şəxsin mənzilin pəncərəsinə atəş açması barədə siqnal daxil olub.
Hadisə yerinə polis əməkdaşları gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları giliz və şüşə qırıqları aşkar ediblər.
Fakt üzrə araşdırma başlanılıb. Mənzilin sahibinin şəxsiyyəti müəyyən edilir.