Erməni Apostol Kilsəsinin yepiskopu Anuşavan Jamkoçyan iş adamı Samvel Karapetyana dəstək aksiyasında iştirak etdikdən sonra İrəvan Universitetindən qovulub.

"Unikal" xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. 

Jamkoçyan bu universitetin ilahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb. Jurnalistlərin fikrincə, onun işdən çıxarılmasına dair göstəriş Ermənistan hökumətindən gəlib.

Jamkoçyan 2005-ci ildən dekan postunu tutub.