Rusiya İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, sülhün əldə olunması üçün əsas istiqamətlər Rusiya, Ermənistan və Azərbaycan arasında 2020 və 2022-ci illər üçün üçtərəfli sazişlərdə öz əksini tapıb: "Biz güman edirik ki, biz bu istiqamətlərdə də irəliləməliyik: sülh müqaviləsi hazırlamaq, iqtisadi əlaqələri və nəqliyyat kommunikasiyalarını açmaq, sərhədləri demarkasiya etmək, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti arasında dialoq qurmaq". 

Diplomat qeyd edib ki, Rusiya tərəfi üçtərəfli sazişlərin iştirakçısı kimi gələcəkdə hər iki tərəf üçün əlverişli olan şəkildə onların həyata keçirilməsinə öz töhfəsini verməyə hazırdır.

Ağarza Elçinoğlu