Romada keçirdiyi mətbuat konfransı zamanı Ukrayna prezidenti  Volodimir Zelenski müdafiə naziri Rüstəm Umerovun Ukraynanın ABŞ-dəki yeni səfiri ola biləcəyini etiraf edib.

"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib. 

"Ukraynanın ABŞ-dəki səfiri dəyişdiriləcək. Bu, Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov olacaq", - Zelenski ifadə edib. 

Bundan əvvəl Zelenski Ukraynanın Amerikadakı səfiri Oksana Markarovanı tutduğu vəzifədən uzaqlaşdırmaq niyyəti barədə məlumat vermişdi.

Gülayə Mecid