ABŞ Dövlət Departamenti Qafqaz danışıqları üzrə yeni baş məsləhətçi təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken Tviterdə bildirib.
Onun sözlərinə görə, Luis Bono ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edilib.
"Onun səyləri bizim Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində fəaliyyətimizi daha da inkişaf etdirəcək", Blinken qeyd edib.