ABŞ, Almaniya və Fransanın da olduğu 9 ölkənin səfirləri təhlükəsizlik səbəbi ilə İstanbuldakı konsulluqlarını müvəqqəti bağlayan Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
Bir sıra Qərb ölkələri, o cümlədən Almaniya, ABŞ bəzi Avropa ölkələrində Quran yandırma aksiyalarına cavab olaraq İstanbulda mümkün hücumlarla bağlı xəbərdarlıq bəyanatları verib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə cavabında bildirib ki, konsulluqların bağlanması və səyahət xəbərdarlığı pandemiyadan sonra Türkiyənin turizm sənayesinin bərpasının qarşısını almaq məqsədi daşıyan “Qərb sui-qəsdi”dir.