Bu gün ərzində Şuşadan keçən Xankəndi-Laçın yolunda, ümumilikdə, 95 nəqliyyat vasitəsinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"Unikal" report-a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin Laçından Xankəndi və əks istiqamətə maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Həmin nəqliyyat vasitələrinin 81-i Rusiya sülhməramlılarına məxsus təminat-təchizat, minik və yük avtomobilləri olub.
Yolda maneəsiz hərəkət edən digər nəqliyyat vasitələri isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus olub. Onlar 6 minik və 1 yük avtomobili olmaqla səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçid edib.
Daha sonra BQXK-yə məxsus həmin sayda avtomobillər əks istiqamətə geri qayıdıblar.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.