"Ümid edirik ki, Qərbi Azərbaycan da daxil olmaqla, Azərbaycanın bütün tarixi torpaqları özünə qayıdacaq. Qardaş Azərbaycanın haqq işində Türkiyə həmişə onun yanındadır"
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
O bildirib ki, Azərbaycan Qarabağ müharibəsində Zəfər çalaraq regionda yeni reallıq yaradıb və onun nüfuzu getdikcə artır.
"Azərbaycan ilə Ermənistan arasında sülh quruculuğunun yeganə yolu Zəngəzur dəhlizinin açılmasından keçir", - deyə Ş.Ayrım vurğulayıb.