Misirin keçmiş baş naziri Şərif İsmayıl uzun sürən xəstəlikdən sonra Qahirədə 68 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, Vida mərasimi bazar günü Yeni Qahirə bölgəsindəki marşal Hüseyn Tantavi adına məsciddə keçirilib.
"Şerif İsmayıl ən parlaq milli simvollardan biridir, o, ölkənin həyatının çətin dövründə fədakarlıq, zəhmət və dürüstlüklə xidmət etmişdir, Misir və onun xalqı bunu yüksək qiymətləndirir", - əs-Sisi matəm mərasimində deyib.
“Mən Misir xalqı arasında olan bu fəzilətli insana, millətin vicdanını təcəssüm etdirən insana – keçmiş baş nazir Şərif İsmayıla görə dərin hüznlə yas tuturam”, – prezident rəsmi sosial media hesablarında yazıb. “Mən bu böyük insanda qərəzsizlik, səmimiyyət, dürüstlükdən başqa heç nə görmədim”, - deyə Misir prezidenti mərhumun ailəsinə, eləcə də bu vicdanlı insanı itirən bütün “Misir xalqına” başsağlığı verib. "
Dəfn mərasimində hazırkı baş nazir Mustafa Matubli və digər dövlət rəsmiləri də iştirak edib.
Şərif İsmayıl 6 iyul 1955-ci ildə anadan olub, 1978-ci ildə Ayn Şəms Universitetinin Mühəndislik fakültəsini bitirib və neft-qaz şirkətlərində işləməyə başlayıb. Dövlət neft emalı zavodu olan Enppi-də o, direktorlar şurasının üzvü və baş texniki direktor vəzifəsinə yüksəlib. Hərbi çevrilişdən və 2013-2015-ci illərdə prezident Məhəmməd Mursinin devrilməsindən sonra o, ölkənin neft naziri vəzifəsində çalışıb, bundan sonra 2018-ci ilin iyun ayına qədər tutduğu hökumət başçısı vəzifəsinə təyin edilib.