ABŞ zəlzələdən sonra Türkiyəyə kömək etməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
Məlumata görə, ABŞ prezidenti Cozef Bayden mümkün dəstək variantlarını dəyərləndirməyi tapşırıb.
"Birləşmiş Ştatlar bu gün Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ ilə bağlı xəbərlərdən dərin narahatdır . Biz istənilən yardımı göstərməyə hazırıq", - deyə rəsmi vurğulayıb.
Ağarza Elçinoğlu