Daxil olan müraciətlər əsasında Səbail RPİ-nin 9-cu Polis Bölməsində aparılan araşdırmalarla 2018-2021-ci illər ərzində Bakı şəhər sakini olan 3 nəfərin 9.300, 14.800 və 8.400 manat pullarının dələduzluq yolu ilə talanması məlum olub.
"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Xətai Əlizadə müəyyən olunaraq saxlanılıb. Onun Bakı şəhər sakini olan daha bir nəfəri aldadaraq 14.000 manatını talaması da müəyyən olunub.
Araşdırma aparılır.