"Silahlı Qüvvələr olaraq dəyən ziyan və itkilərin təsbiti istiqamətində çalışmalarımızı davam etdiririk. Təəssüf ki, 3 şəhidimiz və yaralımız var.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
O, bölmələrdə yenidən araşdırmalar aparıldığını qeyd edib: "Kahramanmaraş mərkəzli zəlzələdən sonra Türkiyə Silahlı Qüvvələri tərəfindən axtarış-xilasetmə qruplarının bölgəyə çatdırılması üçün "hava yardımı dəhlizi" yaradılıb. Lazımi daşıma xidməti göstərmək üçün təyyarəmizin hazırlığını maksimum səviyyəyə çatdırmışıq".
Ağarza Elçinoğlu