Azərbaycanda tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələri mərhələli şəkildə artırılacaq.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" sərəncamında əksini tapıb.
Sərəncamla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.