2020-ci il hadisələrindən sonra Ermənistan tərəfinin xahişi ilə sayı artırılan və digərləri ilə yanaşı, Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən Rusiya hərbi bazası, sülhməramlı kontingenti və sərhədçiləri sabitlik amili və eskalasiyanın qarşısını alır.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin deyib.
“Rusiyanın mövcudluğunun rolunu hiss etmək üçün yəqin ki, sərhədyanı kəndlərin sakinləri, Qarabağ sakinləri ilə danışmaq lazımdır. Onların fikri reallığa ən yaxın olacaq. Siyasi təbliğat da var, real həyat da var. Və buradan çıxış etmək lazımdır ki, bu mövcudluq həmin ərazilərdə yaşayan və onlar üçün “təhlükəsizlik” sözünün boş söz olmadığı insanlar tərəfindən necə dəyərləndirilir. Təbii ki, bu mövcudluğu müttəfiqimiz iddia etməlidir" -deyə Kopirkin bildirib.