"Moskva Bakı, İrəvan və Tbilisi arasında dialoq Qərbin dağıdıcı təsirinə məruz qalmasa, onu alqışlayacağıq" .
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.
“Əgər Bakı, İrəvan və Tbilisi arasında dialoq Zaqafqaziyada ziddiyyətlərin həllinə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəksə, biz bunu ancaq alqışlaya bilərik. Amma həmin təşəbbüsün arxasında Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli sazişlərinin icrasını pozmağa çalışan Vaşinqton və Brüssel siluetləri görünürsə, onda bu, başqa söhbətdir”, - deyə Zaxarova bildirib.