Bu gün saat 15:20 radələrində Siyəzən rayonu H.Əliyev küçəsində 3 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan 3 nəfər şərnişin isə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.