Arvadına kəsici alətlə xəsarət yetirən Oğuz sakini daha sonra intihara cəhd edib.
"Unikal" xəbər verir ki, hadisə Oğuz şəhəri ərazisində baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Nazim Rəhimov aralarında yaranan mübahisə nəticəsində həyat yoldaşı, 1966-cı il təvəllüdlü Sevin Rəhimovaya kəsici alətlə başından xəsarət yetirib. Daha sonra 61 yaşlı N. Rəhimov bıçaqla özünə xəsarət yetirib və sirkə turşusu içərək intihara cəhd edib.
Ağır xəsarətlər alan 57 yaşlı S. Rəhimova və 61 yaşlı N. Rəhimov Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli