Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.
Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub.
xxx
22:32
Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
İki ölkə liderləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib, həmçinin Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd ediblər. Prezidentlər Moskva ilə Bakı arasında ticari-iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivlərini əlavə olaraq qiymətləndirdilər.
Cənubi Qafqaz regionunda mövcud vəziyyət nəzərdən keçirilir. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl addımların vacibliyi qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında bütün müvafiq sazişlərin ən yüksək səviyyədə qeyd-şərtsiz yerinə yetirilməsi əhval- ruhiyyəsi təsdiqlənib .