Türkiyəli aktyor Can Yaman zəlzələdən zərərçəkənlərə yenidən yardım edib.

"Unikal" xəbər verir ki, aktyor "Can Yaman for children" dərnəyi vasitəsiylə 1 milyon 550 lirə toplayıb. Yaman əldə etdiyi məbləği "Ahbab" dərnəyinə bağışlayıb.

Qeyd edək ki, aktyor daha öncə də 250 min lirə ianə etmişdi.