Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir.
Rusiya XİN başçısının Bakıya səfərinin fevral ayının sonunda baş tutacağı vurğulanır.