Milli Məclisin plenar iclası başlayıb.
"Unikal" xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 31 məsələ daxil edilib.
Sədr Türkiyədə baş verən dağıdıcı zəlzələ zamanı həyatını itirən şəxslərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.
Daha sonra sədrin təklifi qəbul olunub və zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Anar Kəlbiyev