"Azərbaycanın xilasediciləri günün 24 saatı Kahramanmaraşda qardaşlığın ən böyük nümunəsini göstərir".
"Unikal" "report"a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin də yerləşdiyi Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kordinasiya Mərkəzində xilasedicilərlə görüşü zamanı deyib.
O, Azərbaycanın xilasedicilərinə gördükləri işlərə görə təşəkkür edib:
"Burada Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin general-mayoru Etibar İsmayılovla birgə xilasedicilər haqqında bir qəhrəman kimi danışılır. Hamınıza təşəkkür edirəm. Bir çox insanı dağıntılar altından xilas etdiniz. Eyni zamanda həlak olan şəxslərin meyitlərini dağıntılar altından çıxartdınız. Allah razı olsun. Hər şeyi əvvəldən axıra qədər izlədik. Bizə güc-qüvvət, dostluq verdiniz".