Səfər

Bakı Apellyasiya Məhkəməsində general-mayor Lənkəran Əliyev və onun övladlarının Müdafiə Nazirliyinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Unikal.org-un məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin evin tamamilə boşaldılması barədə qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, nazirlik L. Əliyevə məxsus mənzilin tamamilə boşaldılması barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. L. Əliyev isə həmin qətnamədən apellyasiya şikayəti verib.

Nazirlik bundan əvvəl də Lənkəran Əliyevə və onun ailə üzvlərinə qarşı iddia qaldırıb. Həmin iddiada L. Əliyevə məxsus mənzilin bir hissəsinin boşaldılması və mənzilin orderinin etibarsız hesab edilməsi tələb olunub. Həmin iddia təmin edilib.

Qeyd edək ki, Lənkəran Əliyev Azərbaycan Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisidir. Nazirlik onunla yanaşı, qızları - Eleonora, Səbinə və Zoya Əliyevalara qarşı da iddia qaldırıb.