Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələ ilə bağlı qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.
"Unikal" report-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən heyətə qardaş ölkədə görülən işlərə görə təşəkkür edib.
"Hamımızın başı sağ olsun. Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm", - Ərdoğan görüş zamanı bildirib.