Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dosenti sosiologiya üzrə fəlsəfə doktoru Aynur Bağırlı 16-19 fevral 2023-cü il tarixində Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən “VII Avrasiya sosial elmlər”adlı beynəlxalq konfransın iştirakçısı olub.
"Unikal" xəbər verir ki, universitet əməkdaşının “Sosial təhlükəsizliyin təmin edilməsində Azərbaycan modelinin özəllikləri” adlı məqalə-çıxışı tədbir iştirakçıları tərəfindən razılıqla qarşılanıb.
“VII Avrasiya sosial elmlər” adlı beynəlxalq konfransda A.Bağırlıya sertifikat təqdim olunub.