"Tehranda Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə “3+3” formatında görüş keçirməyə hazırıq"
“Unikal” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ötən gün Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə deyib.
İranlı nazirin sözlərinə görə, İran belə bir görüşə ev sahibliyi edə bilər.
Qeyd edək ki, Qruşko fevralın 20-də Tehrana səfər edib və Hüseyn Əmir Abdullahiyanla görüşüb. Görüşdə ikitərəfli və regional əlaqələr müzakirə olunub.