Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışıb.
"Unikal" Rusiya XİN-ə istinadən xəbər verir ki, diplomatlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Qaluzin qeyd edib ki, "Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması mövzusunu müzakirə edərkən Mixail Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda Aİ-nin qondarma mülki missiyasını yerləşdirmək qərarı Cənubi Qafqazda real sabitləşməyə töhfə verməyən fərqli geosiyasi çalara malikdir. Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur".