Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfəri zamanı üçtərəfli razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət ayıracaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları nəzərdə tutulub. Onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi də planlaşdırılıb. Səfərinin ikinci günündə Lavrovun Bakıda keçiriləcək Azərbaycan-Rusiya Ekspert Şurasının plenar İclasında iştirak edəcəyi də bildirilib.