"Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bağlanmış üçtərəfli sazişlərə uyğun olaraq, Rusiya tərəfi ardıcıl olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına öz töhfəsini verir".
"Unikal" xəbər verir ki, bunu fevralın 22-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi və RMK Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin nizamlanması üçün ciddi səylər göstərir. Dekabrın 12-dən xeyriyyə təşkilatları ilə əməkdaşlıq çərçivəsində 2,5 tondan artıq humanitar yük daşınıb, 88 yaşayış məntəqəsində 7 humanitar aksiya keçirilib, 8 mindən çox uşağa və 800 aztəminatlı ailəyə yardım edilib.
Zaxarovanın qeyd etdiyi kimi, Bakı və İrəvanla dialoqda 9 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq dəhlizin tam fəaliyyətini bərpa etmək və Qarabağda humanitar vəziyyətin yaxşılaşdırılması üçün həll yolları axtarışları davam edir.
“Regionda vəziyyət nə qədər gərgin olsa da, biz bu bəhanə ilə danışıqların dondurulmasını əks-məhsuldar hesab edirik. Bu cür ritorika Cənubi Qafqazda sabitliyin bərqərar olmasını ləngidir”, - Zaxarova bildirib.
O, Bakı və İrəvandakı tərəfdaşları mümkün qədər tez birgə işi bərpa etməyə çağırıb, kommunikasiyaların bloklanması və sərhədin delimitasiyası üzrə komissiyaların müntəzəm iclaslarının, sülh müqaviləsinin hazırlanması üzrə danışıqların yeni raundlarının təşkilinə dəstək verməyə hazır olduğunu bildirib.