Azərbaycanda tanınmış inşaat malları şirkəti “Akabe” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməlik olub.
"Unikal"ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) ilə cərimə protokolu tərtib olunub. Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunan protokola Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq. Məhkəmə iclası bu gün keçiriləcək.
Qeyd edək ki, “Akabe” MMC Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. İnşaat sahəsində çeşidli məhsulların istehsalı və satışını həyata keçirir. Bir sıra xarici brendin Azərbaycandakı rəsmi distribüteridir.
Murad İbrahimli