Qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin və aidiyyəti dövlət qurumlarının yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olmaqdadır.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində qeyd olunub.
Bildirilib ki, istismarına qanunla müəyyən edilmiş qaydada icazə verilməyən, lakin əksər hissəsi artıq məskunlaşmış bir çox hündürmərtəbəli yaşayış binalarında sakinlər elektrik enerjisi, içməli su və təbii qaz təchizatında, habelə lift və digər kommunal xidmətlər sahəsində ciddi problemlərlə üzləşməkdədirlər.
Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti səlahiyyətli dövlət qurumları tərəfindən mövcud sahəyə nəzarətin gücləndirilməsi və narahatlıq doğuran halların qarşısının alınması, o cümlədən tikintisinə icazə verilmiş yaşayış binalarının təhvil verilməsi prosesində mövcud olan məhdudiyyətlərin aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi məqsədəmüvafiqdir.
Anar Kəlbiyev